Stadnik 33 saniyəyə qələbə qazandı -İslamiada
Qadın güləşi üzrə dördqat Olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat və 4-cü İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən İslamiadaya parlaq qələbə ilə başlayıb.
Sportfm.az xəbər verir ki, bir illik fasilədən sonra güləşə qayıdan Stadnik A qrupunda Qazaxıstan təmsilçisi Svetlana Ankiçeva ilə qarşılaşıb.
O, 33 saniyəyə rəqibindən xallar alaraq görüşü erkən qələbə ilə başa vurub.
Azərbaycanın digər qadın güləşçisi, üçqat Avropa mükafatçısı, 4-cü İslam Həmrəylik Oyunlarının gümüş medalçısı, 2-ci Avropa Oyunlarının mükafatçısı Alyona Kolesnik (59 kq) də İslamiadaya qələbələrlə başlayıb. 59 kq çəkidə yer alan Kolesnik əvvəlcə qazaxıstanlı Dürdanə Bekeşi vaxtından əvvəl 12:0, daha sonra özbəkistanlı Dilfuzə Aymbetovanı 6:3 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Olimpiya çempionumuz medalsız qaldı - İslamiada
Azərbaycanın bayraqdarları bəlli oldu - İslamiada
Mariya Stadnik Bakıya qayıtdı - Milli ilə məşqlərə başladı
Güləşçilərimiz pul almaqda davam edəcək
Mariya Stadnik şəxsi həyatından danışdı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası