reklam
Azərbaycan 5-ci medalını qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan 5-ci medalını qazandı -İslamiada


Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

Sportfm.az xəbər verir ki, 49 kq-da çıxış edən taekvondoçu Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal əldə edib.

Oxşar xəbərlər

Atletimiz finalda - İslamiada
Azərbaycan üçüncü medalı qazandı - İslamiada
Azərbaycan növbəti medalı təmin etdi - İslamiada
Qeyri-ciddi islamiadada “ciddi” uğur
Azərbaycan Universiadada 5-ci medalını qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər