reklam
Azərbaycan gimnastları finalda  -
Sportfm.az xəbər saytı

Azərbaycan gimnastları finalda -İslamiada


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.

Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıblar.

Qeyd edək ki, final mərhələsi avqustun 14-də olacaq.

Oxşar xəbərlər

İslamiada: Aerobika millimiz qızıl medal qazandı - VİDEO
Azərbaycan gimnastları 3 növdə final - Dünya çempionatı
Bu gün gimnastlarımız 4 növdə çıxış edəcək - Dünya çempionatı
Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər