reklam
Bu gün pley-off oyunlarına start veriləcək -
Sportfm.az xəbər saytı

Bu gün pley-off oyunlarına start veriləcək -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir. Emreli ötən il Polşa "Legiya"sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

Oxşar xəbərlər

3-cü təsnifat mərhələsinə start verilir - Çempionlar Liqası
Mahir Emreli Çempionlar Liqasında oynayacaq - qrupun son 3 iştirakçısı
Emrelinin komandasının son sınağı - Çempionlar Liqası
Kiyevlilər "Benfika" önündə tab gətirmədi - Çempionlar Liqası
Mahir Emrelinin komandası uduzdu - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər