reklam
Dadaşov koronavirusa yoluxdu
Sportfm.az xəbər saytı

Dadaşov koronavirusa yoluxdu


Azərbaycan millisinin və İsveçrə “Qrasshopper”inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.

Sportfm.az xəbər verir ki, səfərdə “Sion”la 2:2 hesablı heç-heçə etdikləri 5-ci tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran hücumçu komandaya qoşulub. Futbolçunun İsveçrə kubokunda bu gün “Vettsvil-Bonştetten”ə qarşı matçda meydana çıxacağı gözlənilir.

Dadaşov hazırda 3 qolla “Qrasshopper”in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Renat bu dəfə ötürmə verdi
Renat İsveçrədə dayanmaq bilmir
Millimizin üzvü Super Liqada ən yaxşıdır
Dadaşov oynadı, komandası uduzdu - İsveçrə çempionatı
Renat Dadaşov Superliqada qol hesabını açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər