reklam
Azərbaycanın daha 2 güləşçisi finalda -
Sportfm.az xəbər saytı

Azərbaycanın daha 2 güləşçisi finalda -Dünya çempionatı


Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Sportfm.az xəbər verir ki, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib. Onların finaldakı rəqibləri, müvafiq olaraq, gürcüstanlı Nika Broladze və moldovalı Aleksandru Slovey olacaq.

60 kq çəki dərəcəsindəki Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmaili ilə bacarmayıb. O, bürünc medal uğrunda yarışacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın yunan-Roma güləşçilərindən Nihad Quluzadə (57 kq) final, Laçın Vəliyev isə bürünc medal görüşlərinə çıxacaqlar.

Oxşar xəbərlər

Azərbaycanın qadın güləşçiləri məğlub oldu - Avropa çempionatı
Daha 2 güləşçimiz yarımfinalda - Dünya çempionatı
Bir güləşçimiz finalda, digəri uduzdu - Dünya çempionatı
Qurban Qurbanovdan gümüş medal - Avropa çempionatı
Azərbaycan güləşçiləri erməniyə rəqib oldu - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər