Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Şəmkir" azarkeşləri klubu ziyana saldı
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Sportfm.az xəbər verir ki, Topaz Premyer Liqasının XXI turunun "Kəpəz” – AZAL matçının video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
Oyunun 64-cü dəqiqəsində AZAL klubunun 44 №-li futbolçusu Alamadine Omega Roberts rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Neftçi” – "Zirə” matçının 42-ci dəqiqəsində "Zirə” klubunun 97 №-li futbolçusu
Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
I Divizionun XVIII turunun "Turan Tovuz” – "Şəmkir” matçının əvvəlində "Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).
I Divizionun XVIII turunun "Şərurspor” – "Qaradağ Lökbatan” matçının 71-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 24 №-li futbolçusu Elmar Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oxşar xəbərlər
“Neftçi” yenə cərimə olundu
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
Rəqibə əl vurmayan "Qəbələ"nin futbolçusuna ağır cəza
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası