reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin rəqibi müəyyənləşir - Gənclər Liqası


Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək.

Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin ilk mərhələdə üz-üzə gələcəyi komanda, həmçinin növbəti raunddakı mümkün rəqibi də bəlli olacaq.

Püşk öncəsi komandalar 4 qrupa bölünüb. 3-cü “səkkizlik”də yer alan “Qəbələ”nin U-19 komandasının 7 mümkün rəqibi bunlardır:

“Rux” (Ukrayna)

 MTK (Macarıstan)

 “Zaqlebiye” (Polşa)

 “Hayduk” (Xorvatiya)

 “Trençín” (Slovakiya)

 “Jalgiris” (Litva)

 “Yelqava” (Latviya).

Qeyd edək ki, birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də keçiriləcək. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də oynanılacaq.

Oxşar xəbərlər

"Qəbələ"nin potensial rəqiblərinin sayı azaldı - Gənclər Liqası
"Qəbələ"nin rəqibi bilindi - Gənclər Liqası
"Qəbələ"nin rəqibi müəyyənləşəcək - UEFA Gənclər Liqası
“Qəbələ”nin potensial rəqibləri bilindi - Gənclər Liqası
"Şerif" daha bir klubumuza rəqib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər