reklam
Klublar Komitəsinə yeni sədr seçildi -
Sportfm.az xəbər saytı

Klublar Komitəsinə yeni sədr seçildi -FOTO


Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Sərxan Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Xatırladaq ki, komitənin buna qədər son sədri "Sumqayıt"ın prezidenti Riad Rəfiyev olub.

Oxşar xəbərlər

Klublar Komitəsinin yeni sədri açıqlandı
Rövnəq Abdullayev Klublar Komitəsinin iclasında
Klublar Komitəsinin iclası keçirildi
Rəfiyev Klublar Komitəsinin sədri seçildi - FOTO
"Sumqayıt"ın prezidenti komitə sədri seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər