reklam
“Trabzonspor”da 2 yeni oyunçu -
Sportfm.az xəbər saytı

“Trabzonspor”da 2 yeni oyunçu -Transfer


Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Valensiya” klubundan Maksi Qomesi, Fransa “Loryan”ından isə Umut Bozoku transfer edib.

Umut Bozok 3, Maksi Qomes isə 3+1 illik müqaviləyə imza atıb. 

Maksi Qomes 2019-cu ildən “Valensiya”da çıxış edirdi. O, La Liqa təmsilçisində 109 oyuna 23 qol vurub. Uruqvaylı hücumçu daha öncə “Selta” və “Defensor Sportinq” klublarının da formasını geyinib.

Umut Bozok da 2019-cu ildən “Loryan”da idi. O, Liqa 1 təmsilçisində cəmi 25 oyuna çıxıb, 4 qol vurub. 25 yaşlı hücumçu 2021-ci ildə “Trua”da, ötən mövsüm isə “Kasımpaşa”da icarədə oynayıb. Türkiyəli hücumçu bu komandanın heyətində 41 oyuna vurduğu 20 qolla Super Liqanın bombardiri olmuşdu.

Oxşar xəbərlər

“İstanbulspor”da 3 yeni futbolçu - TRANSFER
Premyer Liqa klubu Denni İnqzi transfer edib
Okeçukvu Rizə komandasına sadiqdir - Keçid...
Ozan Kabak yeni klubda - Reallaşdı
Məhəmmədin yerinə Haris - Keçid

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər