Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız Türkiyədə üçüncü oldu
İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.
85 kq çəkidə mübarizə aparan İslam Abbasov finala qədər bütün rəqiblərindən üstün olub. Son görüşdə rəqibinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib. Bürünc medalı isə yığmamıza Həsən Əliyev (75 kq) qazandırıb.
Xatırladaq ki, ilk yarış günündə Murad Məmmədov (59 kq) bürünc medal qazanıb.
Komanda hesabında Türkiyə birinci, Gürcüstan ikinci, Azərbaycan yığması üçüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Yeniyetmə güləşçilərimizdən 11 medal
Qurban Qurbanov qızıl medal əldə etdi
9 ilə 192 medal qazandılar
Qadın güləşçilərimiz 3 medal qazandı
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası