Zədəlilər, zədəlilər..."Neftçi"də son durum
"Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.
Sportfm.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və müdafiəçi Azər Salahlı bərpa prosesi keçir. Bir həftədən sonra Azərbaycan millisinin üzvünün gips sarğıları açılacaq və fizioterapiya başlanacaq. Meza Kollidə isə artıq bu proses start götürüb və o, hələlik yüngül hərəkətlərlə kifayətlənir.
Ötən tur "Sumqayıt"la oyunda (3:0) zədələnən Vato Arveladzenin, həmçinin bir həftə öncə məşqdə çiynindən xəsarət alan Rza Cəfərovun müalicəsi davam edir.
Kenni Sayefin isə gözaltı çuxurunda əzilməyə bağlı qansızma müşahidə olunsa da, israilli oyunçu komanda ilə məşqlərə qoşulub. O, "Qəbələ"yə qarşı Premyer Liqanın VI tur matçında oynaya biləcək.
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
“Neftçi”nin zədəlilərinin son durumu
"Neftçi" "Kəpəz"lə matça hazırlaşır - Misli Premyer Liqası
“Neftçi”nin zədəlisi məşqlərə başladı
Sezar 100-ə çatdı - Premyer Liqa
Sezar Meza Kolli Rumıniyaya yollanır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu















Misli Premyer Liqası