Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Avropa Oyunlarında iştirak edəcək
Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Polşa yığması ilə qarşılaşan komandamız 6:2 hesablı qələbə qazanıb.
Millimizin heyətində Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.
Komandamız sabah 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq.
Sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək çimərlik futbolu üzrə üçüncü Avropa oyunlarına vəsiqə qazanıb.
Oxşar xəbərlər
Millimiz Norveçə qalib gəldi - Dünya Çimərlik oyunları
Ukraynaya uduzduq
Millimiz ilk oyunda böyük hesabla uduzdu - 2:7
Millimiz Çexiyaya 6 top vurdu
Millimiz Almaniyaya qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası