reklam
ÇL-in oyununun vaxtı dəyişdirildi -
Sportfm.az xəbər saytı

ÇL-in oyununun vaxtı dəyişdirildi -II Elizabetin vəfatına görə


Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.

Sportfm.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-ü yox, sentyabrın 14-ü keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə bu qərar verilib.

Beləliklə görüş sentyabrın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna buraxılmayacaq. “Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak edə bilməyəcəklər. UEFA azarkeşləri bu  vəziyyətə hörmət etməyə və başa düşməyə çağırıb.

Oxşar xəbərlər

"Reyncers" UEFA-ya qarşı gəldi - Krallığın marşını səsləndirdilər
"Arsenal"ın təxirə salınan oyunun vaxtı açıqlandı - Avropa Liqası
Superliqa oyunlarının vaxtı dəyişdirildi - Güclü qar yağacaq
"Kral klubu"nun matçının hakimi dəyişdirildi - səbəb məlum deyil
“Sabah” - “Keşlə” matçının yeri dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər