Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”dən 600-cü qol
“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub. Bu, Misli Premyer Liqasının 6-cı turuna təsadüf edib.
Sportfm.az xəbər verir ki, Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.
Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan “Neftçi” rəqib meydanındakı qol sayında mütləq rekordçudur.
“Ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Qarabağ"ın 1400-cü qolu
"Neftçi"dən yubiley qolu
"Neftçi"nin yubiley qələbəsi - 250
"Zirə"nin əlamətdar səfər oyunu
"Keşlə"nin Azərbaycan çempionatlarında 400-cü qolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası