Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Praqada 5 medal qazandıq -Avropa çempionatı
Azərbaycan cüdoçusu Ruslan Nəsirli Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatını 5-ci pillədə başa vurub.
Sportfm.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə italiyalı Yan Karlettiyə uduzub.
Azərbaycan qitə birinciliyində fərdi mübarizəni 5 medalla bitirib. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.
Sentyabrın 18-də komanda yarışı baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu gümüş medal qazandı - Qran Pri turniri
39 ölkə arasında birinciyik - Praqada
Talıbovdan qızıl medal - Avropa çempionatı
Daha 5 idmançımız mübarizəyə qoşulur
2 cüdoçumuz Avropa Çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası