reklam
Premyer Liqa klubları cərimələndi
Sportfm.az xəbər saytı

Premyer Liqa klubları cərimələndi


AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantıda Premyer Liqanın VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Sabah” – “Turan Tovuz” oyununda oyunun 36-cı dəqiqəsində “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən baş hakim təhqir edildiyi üçün “Qəbələ” klubu 4000 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

“Səbail” – “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə “Səbail” klubu 800 manat cərimə olunur.

“Kəpəz” – “Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” klubu 4000 manat cərimə olunur.

“Kəpəz” – “Şamaxı” oyununda 2-ci hissədə “Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün “Şamaxı” klubu 800 manat cərimə olunur.

“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Kəpəz” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oxşar xəbərlər

“Şamaxı” formaya görə cərimə olundu - 3 min manat
“Qarabağ”la “Neftçi” cərimə ödəyəcək - QƏRAR
“Sabah” cərimə olundu, futbolçusu cəzalandı - QƏRAR
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA
Divizion klublarının cəzaları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər