PFL rəsmiləri Sumqayıtda -FOTO
Peşəkar Futbol Liqasının rəhbər heyəti Sumqayıta səfər edib.
Sportfm.az xəbər verir ki, burada “Sumqayıt” futbol klubunun rəhbərliyi ilə görüş keçirilib. Klubun prezidenti Riad Rəfiyev PFL prezidenti Elxan Səmədova təbriklərini çatdırdıqdan sonra idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib.
Ardından qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər. PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət edib.
Oxşar xəbərlər
PFL prezidentinin son durumu məlum oldu - AÇIQLAMA
PFL rəhbərliyi yeni stadionda - FOTOLAR
“Neftçi” PFK ilə PFL-in rəhbərliyi arasında görüş keçirildi - FOTO
PFL prezidenti Tovuz və Gəncəyə səfər etdi
PFL-də yeni təyinat oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası