Con Obi Mikel də getdi...
Futbol üzrə Nigeriya milli komandasının sabiq yarımmüdafiəçisi Con Obi Mikel karyerasını başa vurduğunu bəyan edib.
Sportfm.az xəbər verir ki, təcrübəli futbolçu 35 yaşında futboldan getdiyini sosial şəbəkə hesabında açıqlayıb.
Obi Mikelin sonuncu iş yeri Küveytin “Əl-Küveyt” klubu olub. O, bu komandanı 2021-ci ilin noyabrında tərk edəndən bəri işsiz idi.
Dayaq yarımmüdafiəçisi olan Obi Mikel peşəkar karyerasına Norveçin “Lyun” klubunda başlayıb. O, 2006-cı ildə məhz bu klubdan “Çelsi”yə transfer olunub. Nigeriyalı oyunçu düz 11 il London təmsilçisinin uğurları üçün çalışıb. “Çelsi”dən ayrılandan sonra isə o, “Tianjin TEDA”, “Midlsbro”, “Trabzonspor” və “Stoke Siti” klublarının formasını geyinib. Yarımmüdafiəçi Nigeriya yığmasında 91 oyuna çıxıb və 6 qola imza atıb.
Oxşar xəbərlər
Daha bir futbolçu "Hatayspor"u tərk etdi
Məşhur futbolçu karyerasını bitirdi
“Qalatasaray”ın futbolçusu karyerasını bitirdi - 31 yaşında
Obi Mikel adaya geri qayıtdı - Transfer
"Səbail" ulduz futbolçunu transfer edir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
"Qarabağ"dan Sefasın durumu bağlı açıqlama















Misli Premyer Liqası