İdmançımız Avropa ikincisi oldu
Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan yığması daha bir medal qazanıb.
Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun çalışdırdığı komandanın heyətində Cavad Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 1/16 finalda Pablo Patinonu (İspaniya) 2:1 hesabı ilə məğlub edən taekvondoçu ardıcıl olaraq Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxa (Almaniya) 2:0 hesabı ilə qalib gələrək, finala yüksəlib.
Ağayev həlledici döyüşdə də türkiyəli idmançı ilə qarşılaşıb. Arslan Dəmirlə görüş gərgin alınıb. Rəqib 2:1 hesabı ilə qələbə qazandığından, Cavad gümüş medala sahib olub.
Bununla da, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi millinin Avropa çempionatında qazandığı mükafatların sayı 3-ə çatıb. Ağayevdən öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.
Yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
Rusiyada ilk gün uğurlu oldu - 4 medal
Avropa Oyunlarına lisenziya qazandılar - FOTO
Maltada daha 2 medal - Avropa Birinciliyi
Taekvandoçumuz Avropa çempionu oldu - UĞUR
Avropa çempionatı üçün heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası