reklam
Azərbaycan millisinin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin heyəti açıqlandı -Avropa kuboku


Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 1-də Sloveniyanın Sele şəhərində keçiriləcək böyüklər arasında Avropa kuboku üçün heyəti bəlli olub.

Sportfm.az xəbər verir ki, iki gün davam edəcək turnirdə yığmanın 18 üzvü qüvvəsini sınayacaq.

Qadınlar arasında Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi 52 kq), Gülnarə Bayramova (57 kq) və Aytəkin Paşazadə (78 kq) tatami üzərinə çıxacaq.

Kişilərin mübarizəsində isə Kənan İsmayılov, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Ruslan Paşayev, Samir Piriyev, Tofiq Məmmədov, Samir İsmayılov (hamısı 66 kq), Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Adil Adilzadə (hər ikisi 81 kq), İbrahim Ağakişiyev (90 kq), Süleyman Yaqubov (100 kq), Camal Qamzatxanov (+100 kq) medal qazanmağa çalışacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Avropa kubokuna 24 ölkədən 260 idmançı qatılacaq.

Oxşar xəbərlər

Azərbaycan yığmalarının Avropa Kuboku üçün heyəti - SİYAHI
Millimizin heyəti açıqlandı - Avropa Kuboku
Millimizin heyəti açıqlandı - Böyük Dəbilqə
Cüdoçularımız Qran-pridə çıxış edəcək
Cüdoçularımız Açıq Avropa turnirində çıxış edəcək - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər