Polşa millisinin millimizlə oyun üçün heyəti -Dünya çempionatı
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olacaq Polşa yığmasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Blazey Korçinski Bakıdakı oyuna 15 futzalçı dəvət edib.
Polşa millisinin heyəti Mixal Klaus (Darkomp Vilanou), Mixal Kaluza (Burela), Raymund Şetsla (Malepszy Arth Soft Lesznov), Pauel Kanevski, Tomaz Kriezel, Yakub Raszkouski, Kasper Sendlevski (hamısı Konstrakt Lubava), Patrik Holi (Red Draqons Pnievi), Mateus Mroviç (Piast Qlivice), Mixal Kubik, Sebastian Leszczak, Bartlomey Naurat, Kamil Surmiak, Mikolay Zastavnik (hamısı Rekord Bielso-Biala) və Kamil Roll (Reyter Torun) baş məşqçinin sərəncamında olacaq.
Qeyd edək ki, oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Polşa görüşü saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Polşa millisinin Azərbaycanla oyun üçün heyəti - DÇ-2024
Polşa millisinin geniş heyəti - Dünya çempionatı
Millimizin mətbuat üçün açıq məşqi olacaq
Millimizin mətbuat üçün açıq məşqi olacaq
Azərbaycan – Polşa oyununa hakim təyinatları - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası