reklam
Azərbaycan yığması 17-ci oldu -
Sportfm.az xəbər saytı

Azərbaycan yığması 17-ci oldu -Dünya çempionatı


Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında medal sıralamasındakı mövqeyi bəlli olub.

Sportfm.az xəbər verir ki, fərdi mübarizəni 2 bürünc medalla başa vuran yığma yekunda 17-ci yeri tutub.

Mundialda 12 medal (5 qızıl, 4 gümüş, 3 bürünc) qazanan Yaponiya komanda hesabında çempion olub. 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən Braziliya 2-ci yerlə kifayətlənib. İlk “3-lüy”ü 2 qızıl medalla təşkilatçı ölkə tamamlayıb.

Xatırladaq ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Dünya çempionatına oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycanın cüdo yığmasının medal sıralamasında mövqeyi - Dünya çempionatı
Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
143 medal qazanılıb - Rəqəmlər
Azərbaycan millisi 3 medalla 6-cı oldu - Dünya çempionatı
ABŞ 1-ci, Azərbaycan 67-ci oldu - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər