Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kapitandan yubiley qolu
Misli Premyer Liqasının 10-cu turunun “Kəpəz”lə oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanan ”ağ qaralar”ın kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.
Bu top Mahmudovun “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.
Oxşar xəbərlər
Emin Mahmudovdan 50-ci qol
“Qəbələ”nin oyunçusu üçün ikiqat əlamətdar oyun - Misli Premyer Liqası
Zubir "Neftçi" ilə matçda bunu etdi
Emindən ikiqat yubiley - Premyer Liqa
"Neftçi"də 25-ci qol - Azərbaycan Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası