İdmançımız Avropa çempionatında 3 medal qazandı
15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinıə start verilib.
Sportfm.az xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Artıq onlardan biri – Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 141 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyində bürünc medal əldə edib.
Toplam 261 kq (120+141) nəticə göstərən Tehran Məmmədov yekun sıralamada gümüş medal qazanıb.
Oxşar xəbərlər
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
İdmançımız qızıl medal qazandı
Azərbaycanlı idmançı Avropa birinciliyinin ikiqat qalibi oldu
Səbinə Əzimova bürünc medalı boynundan asdı - Buxarestdə
Millimiz Avropa birinciliyində ilk medalını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası