Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürdü
Meksika 2036-cı ildəki Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb.
Sportfm.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard açıqlamasında bildirib.
O, özlərini uğurlu və iddialı ölkə hesab etdiklərini söyləyib: "Biz futbol üzrə üç dünya çempionatına ev sahibliyi edən yeganə ölkəyik. Həm də dünyanın ən yaxşı iqtisadiyyatlarından birinə malikik".
Qeyd edək ki, 1968-ci ildə olimpiada məhz Meksikada gerçəkləşib. Ölkə 1970, 1986-cı illərdə futbol üzrə dünya çempionatını təşkil edib. 2026-cı ildəki mundial isə Meksika ilə yanaşı ABŞ və Kanadada baş tutacaq.
Növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.
Oxşar xəbərlər
Afrika ölkəsi olimpiadını keçirmək istəyir
Olimpiadanı bu ölkə keçirəcək
İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir
ABŞ, Meksika və Kanada - Mundial bu ölkələrdə keçiriləcək
Dörd ölkə DÇ-2026-ya namizədliyini irəli sürdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası