reklam
“Roma”dan Tottiyə yeni təklif
Sportfm.az xəbər saytı

“Roma”dan Tottiyə yeni təklif


"Roma” kapitanı Françesko Tottiyə yeni müqavilə təklif edib.

Komanda.az xəbər verir ki, "canavarlar”ın rəhbərliyi əfsanəvi futbolçusuna klubun futbol direktoru vəzifəsini təklif edib. Klub rəhbərliyi bu il 41 yaşını qeyd edəcək hücumçuya 6 illik müqaviləylə müraciət edib.

Bu barədə "Roma”nın prezidenti Xames Pallotta İtaliya mətbuatına açıqlamasında danışıb. O, İtaliya A seriyasının "Sassuolo”ya qarşı oyunundan (3:1) sonra yerli jurnalistlərə açıqlamasında klubun simvolu hesab edilən Tottiyə futbol direktoru olmağı təklif etdiklərini, 40 yaşlı hücumçunun isə daha bir il futbol oynamaq istədiyini bildirdiyini qeyd edib. Pallotta Tottinin futbolçu kimi komandadakı gələcəyinin qeyri-müəyyən olduğunu da deyib:

"Ötən mövsümdə yaxşı oynadığı üçün müqavilə müddətini daha bir il uzatmışdıq, ancaq bu il hələ ki, heç nə bəlli deyil”.

Totti İtaliya A seriyasının cari mövsümündə 11 oyunda şans qazanıb. O, bu oyunlarda 2 qol, 3 məhsuldar ötürməyə imza atıb.


Oxşar xəbərlər

Xviçaya yeni müqavilə təklif edirlər
Salman "Roma"nı almaq istədi: Rədd cavabı...
Françesko Totti - bir kluba həsr olunan karyera
Totti mövsümün sonunu nişan verdi
Əfsanəvi kapitan meydana çıxmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər