reklam
Daha 2 klub pley-offda -
Sportfm.az xəbər saytı

Daha 2 klub pley-offda -Çempionlar Liqası


Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turu start götürüb.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Nəticədə daha 2 pley-offçunun adına aydınlıq gəlib.

D qrupunda səfərdə "Marsel"ə (Fransa) 2:1 hesabı ilə qalib gələn "Tottenhem" (İngiltərə) 1-ci, Portuqaliyada "Sportinq"i eyni hesabla məğlub edən "Ayntraxt" (Almaniya) isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb. 

Niderland "Ayaks"ı, Almaniya "Bayer"i, İspaniya "Barselona"sı və "Sportinq" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcəklər.

Qeyd edək ki, "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bavariya" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.

Çempionlar Liqası, qrup mərhələsi, 6-cıtur

1 noyabr

A qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0

Qollar: Salah, 85, Nunes, 90+8

00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland) - 1:3

Qollar: Tavernyer, 87-pen - Berqeys, 4, Kuds, 29, Konseysao, 89

Xallar: "Napoli" - 15 . "Liverpul" - 15. "Ayaks" - 6. "Reyncers" - 0.

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 - İvan Markano, 90+5 (avtoqol)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika) - 0:0

Xallar: "Portu" - 12. "Brügge" - 11. "Bayer" - 5, "Atletiko" - 5.

Oxşar xəbərlər

Qrup liderliyi üçün mübarizə - Çempionlar Liqası
"Tottenhem" üçün önəmli matç - Çempionlar Liqası
"İnter" 1/8 finala vəsiqə qazandı - Çempionlar Liqası
4 komanda 1/8 finala yüksələcək - Çempionlar Liqası
"Napoli", "Brügge" və "Bavariya" üçün pley-off şansı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər