reklam
Ermənistan klubunun futbolçusunu yığmamızla oyun üçün heyətə daxil etdilər
Sportfm.az xəbər saytı

Ermənistan klubunun futbolçusunu yığmamızla oyun üçün heyətə daxil etdilər


Moldova millisinin Azərbaycan və Rumıniya ilə yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.

Sportfm.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Sergey Kleşenko 28 futbolçuya dəvət göndərib.

Heyətdə 3 qapıçı, 9 müdafiəçi, 10 yarımmüdafiəçi, 6 hücumçu yer alıb:

Qapıçılar: Dorian Raylyan ("Unirya Dej", Rumıniya), Kristian Avram ("Petrokup"), Dmitri Çelyadnik ("Şerif");

Müdafiəçilər: İqor Armaş ("Voluntar", Rumıniya), Vyaçeslav Posmak ("Boluspor", Türkiyə), Yon Jardan, Yoan-Kelin Revenko (hər ikisi "Petrokup"), Vadim Boloxan ("Milsami"), Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan), Artur Kraçun ("Hapoel" Kfar Saba, İsrail), Daniel Dumbravanu ("Apoel", Kipr), Yuri Yovu ("İstra", Xorvatiya);

Yarımmüdafiəçilər: Artur Yonitse ("Piza", İtaliya), Serciu Platika, Mixai Platika (hər ikisi "Petrokup"), Vadim Ratse ("Voluntar"), Yevgeni Koçuk ("Pünik", Ermənistan), Mixail Kaymakov ("Torpedo", Rusiya), Kristian Dros ("Slaviya", Belarus), Nikita Motspan ("Hapoel" Hayfa, İsrail), Viktor Stıne ("Panserraikos", Yunanıstan), Serafim Kojokar ("Belts");

Hücumçular: Yon Nikolaesku ("Beytar", İsrail), Vitali Damaşkan ("Voluntar"), Virciliu Postolaki ("UTA Arad", Rumıniya), Niki Kleşenko ("Sion", İsveçrə).

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Millimiz uğurlu seriyanı davam etdirdi
Moldova yığmasında millimizlə oyun üçün iki yeni futbolçu - Yoldaşlıq oyunu
Ermənistan klubları qələbəyə həsrət qaldı - Avroliqada III təsnifat mərhələsinin ilk oyunları keçirildi
Avropa Liqasında 3-cü mərhələnin cütlükləri müəyyənləşdi - SİYAHI
Klubsuz qalan 4 futbolçu millimizə qarşı oynayacaq - Rəqibin heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər