Fəxri bədən tərbiyəsi və idman işçisi Ələtdə öldü
Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb.
Sportfm.az əbər verir ki, hadisə Bakı-Astara yolunub Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq ölüb.
Qeyd edək ki, F.İmanov postsovet dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub. O, son illər sərbəst güləş üzrə məşqçi-müəllim işləyirdi. Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
39 nəfərə fəxri ad verildi - “5 mart - Bədən tərbiyəsi və idman günü”
2020-ci ildə fəxri ad alanların sayı məlum oldu - İdman sahəsində
Məşhur oyunçu uşaqlarını yandıraraq öldürdü - FOTO
Anar Salmanova fəxri ad verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası