reklam
Bədavi Hüseynovun yubiley matçı
Sportfm.az xəbər saytı

Bədavi Hüseynovun yubiley matçı


Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 3-cü turunun “Turan Tovuz”la təxirə salınan oyunu müdafiəçi üçün əlamətdar olub.

31 yaşlı Hüseynov Ağdam klubunun heyətində 2012/13 mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.

Müdafiəçi üç gün öncə daha bir yubileyini qeyd edib. 13-cü tur Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.

Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.

Oxşar xəbərlər

İki kapitan, iki yubiley - 350-ci oyun
Bədavi Hüseynovun 300-cü oyunu
Rəşad Sadıqov üçün əlamətdar oyun
Bədavi Hüseynov- 150
“Qarabağ” tarixində 5-ci olan braziliyalı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər