reklam
Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu -
Sportfm.az xəbər saytı

Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu -Paris-2024


2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub.

Sportfm.az xəbər verir ki, hər iki yarışın maskotu Frigiya papaqlarıdır.

Bu, Şərqi Avropa və Kiçik Asiyada yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaqdır. Müasir Avropada azadlıq və müstəqilliyə işarədir. Fransanın milli simvolunda da bu papağı görmək olar.

"Paris-2024" brendinin direktoru Jüli Matixinin sözlərinə görə, Frigiya papaqlarının seçilməsində məqsəd idmanın hər şeyi dəyişdirə biləcəyini və onun cəmiyyətdə görkəmli yer tutmağa layiq olduğunu göstərməkdir.

Qeyd edək ki, Parisdə olimpiada iyulun 26-dan avsqustun 11-dək, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək təşkil ediləcək.

Oxşar xəbərlər

Qış olimpiadasının maskotu məlum oldu
AÇ-2024-ün maskotu təqdim olundu - FOTO
Yay Olimpiya Oyunlarının proqramı açıqlandı
Olimpiya Oyunlarının yeni loqosu təqdim olundu - FOTO
Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər