İngiltərə Premyer Liqası birinci yerdədir -DÇ-2022
Bu il Qətərdə keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən liqaların siyahısı açıqlanıb.
Sportfm.az xəbər verir ki, siyahının ilk pilləsində böyük fərqlə üstünlük qazanan İngiltərə Premyer Liqası (163) qərarlaşıb.
İspaniya La Liqası 86 oyunçu ilə ikinci sırada yer alıb. İlk "3-lüy"ü Almaniya Bundesliqası (83) qapayıb.
İtaliya A Seriyasından 70, Fransa Liqa 1-dən 58, Səudiyyə Ərəbistanı çempionatı və ABŞ-ın MLS liqasından 35, Qətər liqasından 33, Belçika çempionatından 24, Meksika liqasından 23, Niderland Erediviziyasından, Portuqaliya liqasından və Türkiyə Super Liqasında hərəyə 19, Kosta-Rika Premyer Divizionundan 17 futbolçu mundiala qatılır.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Oxşar xəbərlər
Bugün Qətərdə futbol üzrə dünya çempionatı start götürəcək - TƏQVİM
DÇ-2022-yə ən çox futbolçu göndərən klublar
Qruplarının tərkibi dəqiqləşdi - DÇ-2022
Azərbaycan Premyer Liqası 48-cidir - 93 çempionatın yer aldığı siyahıda
Azərbaycan Premyer Liqası yenə gerilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası