reklam
İdmançımızdan Türkiyədə gümüş medal
Sportfm.az xəbər saytı

İdmançımızdan Türkiyədə gümüş medal


Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırmada 155 kq-ın öhdəsindən gələrək bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yerə layiq görülüb.

Eyni çəkidəki İsa Rüstəmov 285 kq-la (130+155) 6-cı olub.

Oxşar xəbərlər

Heydərov 3 qızıl medal qazandı - Avropa çempionatı
Rəhilə Ankaradan medalla dönür - UĞUR
İsmayılova gümüş medal qazandı - Beynəlxalq turnir
Daha bir qızıl - Avropa çempionatı
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər