reklam
“Ronaldonun son üç ildə özü olmadığını etiraf etməyə cəsarəti çatmır
Sportfm.az xəbər saytı

“Ronaldonun son üç ildə özü olmadığını etiraf etməyə cəsarəti çatmır" -AĞIR SÖZLƏR


İtaliya yığmasının keçmiş futbolçusu Antonio Kassano “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun qalmaqallı müsahibəsindən danışıb.

Sportfm.az xəbər verir ki, Kassano portuqaliyalı hücumçunu tənqid edib:

“Ronaldonun son üç ildə özü olmadığını etiraf etməyə cəsarəti çatmır. Məşqçilərə problem yaradır, komanda yoldaşlarına problem yaradır. O, hətta keçmiş komanda yoldaşı Kərim Benzemaya zəng edərək onu “qızıl top”u qazanması münasibətilə təbrik etməyib.

Ronaldonun gözləri bağlıdır. O, 50 yaşına qədər oynaya biləcəyini düşünür. Hörmətli Ronaldo, sizə bir şey deyim: dünya çempionatına gözəl son qoyun. Siz əsəbiləşə və hələ də yüksək səviyyədə oynaya biləcəyinizi düşünə bilməzsiz.

Kriştianonun hədsiz dərəcədə eqosu var, o, artıq fiziki cəhətdən öhdəsindən gələ bilmir. Ronaldo hər dəfə yalnız eqoizmini birinci yerə qoyduğunu təsdiqləyir”.

Oxşar xəbərlər

Ronaldo Səudiyyə Ərəbistan klubuna keçir - 2,5 illik müqavilə imzalanacaq
Ronaldonun oğlu “Mançester Yunayted”də - Müqavilə imzaladı
Ronaldonun oğlu "Qızıl top"u almağa namizəddir! - 2030-cu ildə
"Qızıl top"u dünya kuboku ilə dəyişərdim" - Luka Modriç
Ronaldonun etdiyi yaxşılqdan bəhs etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər