reklam
İtaliya “İnter”i qalib, “Neftçi” 11-ci oldu -
Sportfm.az xəbər saytı

İtaliya “İnter”i qalib, “Neftçi” 11-ci oldu -Beynəlxalq turnir


“Neftçi”nin U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə bu gün İstanbul şəhərində keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib.
Sportfm.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın “İnter” (Milan, 0:3), Türkiyənin “Altay” (4:0) və “Başakşehir” (0:1) klubları ilə oyunlardan sonra “B” qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. Burada Sofiya ÇSKA-sına 0:4 hesabı ilə uduzan “Neftçi” Türkiyənin “Manisa” klubuna qalib gələrək (1:0) 11-ci yeri tutub.
5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi finalda “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edən “İnter” olub.

Oxşar xəbərlər

"Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi - Beynəlxalq turnir
Azərbaycan klubu “Yuventus”la eyni turnirdə
"Neftçi" "Roma"ya uduzdu - Beynəlxalq turnir
Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum oldu
"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər