Ölkə kubokunda komanda yarışları başa çatdı
Ölkə kubokunda komanda yarışları başa çatıb Stolüstü tennis üzrə ölkə kuboku yarışı davam edir.
Sportfm.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda komanda mübarizəsinə yekun vurulub.
Kişilərin turniri Təhsil RİM kollektivinin qələbəsi ilə başa çatıb. MOİK ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları 3-cü yeri bölüşüblər. “Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub. Qeyd edək ki, yarışın növbəti günlərində tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa turnirində də qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Ölkə kuboku yarışına noyabrın 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
Komanda yarışlarına yekun vuruldu - ÖLKƏ KUBOKU
Məryəm İmanova 1-ci oldu - Azərbaycan Kuboku
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan birinciliyinin qalibləri - SİYAHI
Azərbaycan çempionatının qalibləri bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası