Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sərhədçi” rəqibinə qalib gəldi
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında altıncı tura start verilib.
Sportfm.az xəbər verir ki, turun ilk oyununda “Sabah” və “Sərhədçi” komandaları üz-üzə gəlib.
Görüşdə “Sərhədçi” klubu rəqibinə 91:84 hesabı ilə yenərək çempionatda üçüncü qələbəsini qazanıb.
Matçda ən məhsuldar basketbolçular – “Sabah”dan Kristiyan Roler (18 xal, 10 ribaund), “Sərhədçi”dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olublar.
Turun növbəti oyunları NTD – “Gəncə”, “Zirvə Astara” – “Neftçi”, “AAAF Xırdalan” – “Olimpik Şəki” müvafiq olaraq noyabrın 19-da və 20-də keçiriləcək.
Oxşar xəbərlər
Çempionatın liderini büdrətdilər - Ölkə çempionatı
“Sərhədçi” zirvəyə şərik oldu - Basketbol Liqası
Gəncəlilərdən geri dönüş - Basketbol Liqası
Xırdalan təmsilçisi qalib gəldi - Basketbol Liqası
3 xal fərqiylə qazanılan qələbə - Azərbaycan Basketbol Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası