reklam
İran mundiallar tarixinə düşdü, ingilislər rekord qırdı -
Sportfm.az xəbər saytı

İran mundiallar tarixinə düşdü, ingilislər rekord qırdı -Qətər 2022


Sportfm.az xəbər verir ki, DÇ-2022-nin İngiltərə – İran matçı (6:2) bir neçə rekord və ilklərlə yadda qaldı.

* Qarşılaşma dünya çempionatları tarixində əsas vaxtı ən gec bitən matç oldu. Görüşün baş hakimi Rafael Klaus müxtəlif səbəblərdən dəfələrlə dayanan qarşılaşmanın 1-ci hissəsinə 14, 2-ci hissəsinə isə 10 dəqiqə əlavə etdi. Son dəqiqələrdəki penalti epizoduna görə oyunu daha 3 dəqiqə uzadan hakim final fitini 117 dəqiqə 16 saniyə tamamlananda səsləndirdi.

Bundan əvvəlki rekord 1994-cü il dünya çempionatında Cənubi Koreya – Boliviya matçında qeydə alınmışdı (103:56).

* İran mundiallar tarixində 6 əvəzləmə edən ilk milli komanda oldu. Qaydalara görə 5 əvəzetmə 3 cəhddə reallaşmalıdı. Yalnız hansısa oyunçu kəllə-beyin zədələnməsinə görə əvəzləndikdə limit artırılır. İran millisinin qapıçısı nəhz bu aqibəti yaşadığından cənub qonşularımıza əlavə dəyişikliyə imkan yaradıldı.

* İngiltərə millisinin üzvü Cud Bellingem 21-ci əsrdə doğulan futbolçular arasında dünya çempionatında qol vuran ilk oyunçu oldu. 19 yaşlı yarımmüdafiəçi buna matçın 35-ci dəqiqəsində fərqlənərək nail oldu.

* İngiltərə millisinin hücumçusu Markus Reşford oyuna daxil olduqdan 49 saniyə sonra qol vurdu. Beləliklə, o, mundial tarixində oyuna daxil olduqdan sonra ən tez qol vuran 3-cü futbolçu oldu. 25 yaşlı hücumçu 70-ci dəqiqədə Bukayo Sakanı əvəzlədi və fərqləndi. Bu göstəricidə rekord Riçard Moralesə (Uruqvay, 2002-ci il, 16-cı saniyə ) məxsusdur. Ebbe Sand (Danimarka, 1998, 26-cı saniyə) 2-cidir.

Oxşar xəbərlər

Merihdən 2 rekord birdən
Abubakar ilk afrikalı oldu - Tarixi rekord
Avropa Çempionatında yeni rekord - 142 qol
"Real"ın oyunçusundan yeni rekord - 15 saniyəyə qol vurdu
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər