Polşa Meksika ilə bacarmadı -DÇ-2022
Qətərdə təşkil olunan DÇ-2022 davam edir.
Sportfm.az xəbər verir ki, mundialın 3-cü günündə nəzərdə tutulan dörd matçdan artıq üçü başa çatıb.
C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və gözlənilməz halda 1:2 hesabı ilə uduzub. Eyni qrupda 20:00-da "Stadium 974"də başlayan matçda Meksika Polşa ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.
17:00-da başlayan və "Edukeyşn Siti" stadionunda oynanılan görüşdə isə Danimarka və Tunis (D qrupu) üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.
Günün son oyunu D qrupunda son dünya çempionu Fransa və Avstraliya arasında olacaq. "Əl-Cənub" arenada keçiriləcək və saat 23:00-da start götürəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürüb və dekabrın 18-də yekunlaşacaq.
Dünya çempionatı
22 noyabr
C qrupu
20:00. Meksika - Polşa - 0:0
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974"
Oxşar xəbərlər
Argentina Polşaya qarşı - DÇ-2022
Avstraliya 2-ci matçında qalib gəldi - DÇ-2022
Fransa Danimarkaya, Argentina Meksikaya qarşı - DÇ-2022
Fransızlar 4 qol vurdu - DÇ-2022
İlk oyunu Ekvador qazandı - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası