reklam
“Mingəçevir” meydana çıxır -
Sportfm.az xəbər saytı

“Mingəçevir” meydana çıxır -Azərbaycan kuboku


Azərbaycan kubokunda bu gün 1/8 final mərhələsinə yekun vurulacaq. 

Sportfm.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutacaq.

İlk matçlar saat 14:00-da start götürəcək. “Mingəçevir” “Zirə”ni, “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

Birinci oyunun qalibi 1/4 finalda “Neftçi” ilə, növbəti görüşün güclüsü isə “Turan Tovuz”la üz-üzə gələcək.

Günün və mərhələnin sonuncu qarşılaşmasında “Sabah” “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Bu cütün qalibi isə növbəti raundda “Səbail”ə rəqib olacaq.

Xatırladaq ki, 1/8 final mərhələsinin ötən gün keçirilmiş oyunlarında “Səbail” MOİK-i 4:0, “Turan Tovuz” “Şamaxı”nı 1:0, “Qəbələ” isə “Araz Naxçıvan”ı 5:0 hesabı ilə üstələyib.

Azərbaycan kuboku
1/8 final

23 noyabr

“Mingəçevir” – “Zirə”
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu, 14:00.

“Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
Masazır. “Bank Respublika Arena”, 17:00.

Oxşar xəbərlər

"Qəbələ", "Səbail" və "Turan Tovuz" 1/4 finalda - Azərbaycan Kuboku
“Şamaxı” “Turan Tovuz”a qarşı - Azərbaycan Kuboku
1/8 final mərhələsinin hakim təyinatları - Azərbaycan Kuboku
“Səbail” – “Turan Tovuz” matçının vaxtı bilindi - Birinci divizion
1/8 final oyunlarının vaxtları - Azərbaycan kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər