Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiya yığmasının üzvü:"Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir"
"Azərbaycan milli komandasının çıxışını izləyirəm. Cari seçmə mərhələdə pis oynamırlar".
Bu sözləri Rusiya millisinin üzvü Aleksand Səmədov "Sovetski sport" qəzetinə müsahibəsində deyib.
Əslən azərbaycanlı olan yarımmüdafiəçi yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki mübarizəsi haqda danışıb. O, komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa qadir olduğunu bildirib: "Eşitdiyimə görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yeni komandada hər şey yaxşı gedir. Azərbaycan yığmasının turnir cədvəlindəki vəziyyətini nazərə alsaq, dünya çempionatına çıxmaq gücündədir".
Xatırladaq ki, AFFA Səmədova yığmamızda oynaması ilə bağlı təklif göndərsə də, o, Rusiya millisini seçib.
qol.az
Oxşar xəbərlər
İdmançımız dünya çempionatına vəsiqə qazandı
Yığmamızın dünya çempionatına bu heyətlə gedir - SİYAHI
DÇ-2018-də iştirak edəcək üçüncü yığmanın adına aydınlıq gəlib
Millimizin baş məşqçisi: "Bizim üçün yeni dünya çempionatı başlayır"
Prosineçki: "Çətin ki, Rusiyadakı mundiala vəsiqə qazanaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası