Ekvador qrupda qaldı, Niderland isə...DÇ-2022
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu – üçüncü tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşıb. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edirdi. Ev sahiblərinin isə qrupda qalması elə ikinci turdan sonra rəsmiləşmişdi. Son turda Niderland və Seneqal yığmaları qələbə qazanan tərəf olub. Nəticədə bu qrupdan 1/8 finala məhz bu iki komanda vəsiqə qazanıb. Qətərlə Ekvador yığmaları üçün isə mübarizə erkən bitib.
B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.
Xatırladaq ki, iki turdan sonra Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.
Dünya çempionatı
29 noyabr
A qrupu
Ekvador – Seneqal 1:2
Qol: Moyses Kaysedo, 68 – İsmaila Sarr, 44-pen. Kalidu Kulibali, 70.
Baş hakim: Kleman Türpen (Fransa).
“Xəlifə” stadionu.
Ekvador: 1. Hernan Qalindes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qrueso, 3. Pedro İnkapye, 19. Qonsalo Plata, 17. Anxelo Presyado, 2. Feliks Torres, 13. Enner Valensiya (k).
Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr.
Niderland – Qətər 2:0
Qol: Kodi Qakpo, 26. Frenki De Yonq, 49.
Baş hakim: Bakari Qassama (Qambiya).
“Əl Beyt” stadionu.
Niderland: 23. Andris Noppert, 2. Yurien Timber, 4. Vircil Van Deyk (k), 5. Natan Ake, 22. Denzel Dumfris, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo.
Qətər: 22. Meşal Barşam, 17. İsmael Məhəmməd, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos (k), 19. Almoez Ali, 11. Akram Afif.
Xal: Niderland – 4, Ekvador – 4, Seneqal – 3, Qətər – 0.
B qrupu
23:00. İran – ABŞ
Baş hakim: Migel Mateu Laos (İspaniya).
“Al Tumama” stadionu.
23:00. Uels – İngiltərə
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
“Əhməd ibn Əli” stadionu.
Xal: İngiltərə – 4, İran – 3, ABŞ – 2, Uels – 1.
Oxşar xəbərlər
Amerikalılar İranı Tehrana yola saldı - Dünya çempionatı
ABŞ İrana qarşı - DÇ-2022
Valensiya Niderlandı da peşman etdi - Dünya çempionatı
Dünya çempionatında 2-ci tura start verilir - DÇ-2022
Niderland qalib gəldi - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası