Tunis tarixi qələbə qazansa da, 1/8 finala Fransa və Avstraliya çıxdı -DÇ-2022
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü turun daha dörd oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu dəfə C və D qruplarında bütün suallara aydınlıq gələcək.
C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.
D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirib. Hər iki oyunun taleyini bir qol həll edib. Fransa Tunislə oyunda məğlubiyyətdən son anda qurtulub. Avstraliya isə Danimarkanı məğlub edərək qrup ikincisi kimi pley-offa yüksəlib.
Xatırladaq ki, daha öncə Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.
Dünya çempionatı
30 noyabr
C qrupu
23:00. Polşa – Argentina
Baş hakim: Danni Makkeli (Niderland).
“Stadion 974”
23:00. Səudiyyə Ərəbistanı – Meksika
Baş hakim: Maykl Oliver (İngiltərə).
“Lusail” stadionu.
Xal: Polşa – 4. Argentina – 3. Səudiyyə Ərəbistanı – 3. Meksika – 1.
D qrupu
Avstraliya – Danimarka 1:0
Qol: Metyu Leki, 60.
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
“El-Janoub” stadionu.
Avstraliya: 1. Metyu Rayan (k), 2. Miloş Degenek, 4. Kay Rouls, 7. Metyu Leki, 13. Aaron Muy, 14. Rayli Makqri, 15. Mitçell Dyuk, 16. Aziz Behiç, 19. Harri Suttar, 22. Cekson İrvin, 23. Kreyq Qudvin.
Danimarka: 1. Kasper Şmeyxel (k), 2. Yoakim Andersen, 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 7. Matias Yensen, 9. Martin Breytueyt, 10. Kristian Eriksen (k), 11. Andreas Olsen, 13. Rasmus Kristensen, 23. Pyer-Emil Hoybyerq, 25. Yesper Lindström.
Tunis – Fransa 1:1
Qol: Vahbi Xazri, 58 – Antuan Qrizmann, 90+8.
Baş hakim: Metyu Konqer (Yeni Zellandiya)
“Edyukeyşn Siti” stadionu.
Tunis: 16. Aymen Dahmen, 3. Montassar Talbi, 4. Yassin Meria, 5. Nader Qandri, 10. Vahbi Xazri (k), 12. Ali Maalul, 14. Aissa Layduni, 15. Məhəmməd Əli Ben-Romdan, 17. Elyes Sxiri, 21. Vajdi Keşrida, 25. Anis Ben-Slimani.
Fransa: 16. Stiv Mandanda, 3. Aksel Disasi, 4. Rafael Varan (k), 8. Orelyen Çuameni, 6. Matteo Genduzi, 12. Randal Kolo Muani, 13. Yusauf Fofana, 15. Jordan Veretu, 20. Kinqsli Koman, 24. İbrahima Konate, 25. Eduardo Kamavinqa.
Xal: Fransa – 7. Avstraliya – 6. Tunis – 2. Danimarka – 1.
Oxşar xəbərlər
Argentina Polşaya qarşı - DÇ-2022
Argentina çətin olanı bacardı - Dünya çempionatı
Mbappe və Mbappe - Fransa növbəti mərhələdə - DÇ-2022
Avstraliya 2-ci matçında qalib gəldi - DÇ-2022
Fransa Danimarkaya, Argentina Meksikaya qarşı - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası