reklam
Dünya çempionatında kuryoz hadisə -
Sportfm.az xəbər saytı

Dünya çempionatında kuryoz hadisə -FOTO


Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun 3-cü tur oyununda kuryoz hadisə baş verib.

Sportfm.az xəbər verir ki, Avropa təmsilçisinin hücumçusu Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qol final fitindən sonra ləğv edilib.

Matçın baş hakimi Mettyu Konger əvvəlcə qolu qeydə alsa da, görüş başa çatdıqdan sonra VAR sistemi epizoda müdaxilə edib. Nəticədə oyundankənar vəziyyət qeydə alınıb və qol sayılmayıb.

Görüş Tunis yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa millisi məğlubiyyətə baxmayaraq, qrupu 6 xalla ilk pillədə başa vurub. Tunis millisi isə 4 xal toplamasına baxmayaraq, 3-cü yerlə kifayətlənib.

Oxşar xəbərlər

Avstraliya 2-ci matçında qalib gəldi - DÇ-2022
Fransa Danimarkaya, Argentina Meksikaya qarşı - DÇ-2022
Afrika Millətlər Kubokunun finalçıları məlum oldu
Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazandı
Rio Olimpiya Oyunlarında kuryoz hadisə - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər