Növbəti yubileyə 43 qol qaldı -Levandovski isə
Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarının tarixinə düşüb.
Sportfm.az xəbər verir ki, "Report"un araşdırmasına görə, 34 yaşlı hücumçu mundiallarda 2600-cü qolun müəllifi olub.
34 yaşlı hücumçu buna Qətərdə keçirilən yarışın II turunda Səudiyyə Ərəbistanı yığması ilə matçda (2:0) fərqlənməklə yiyələnib.
DÇ-2022-yədək turnirlərdə 2 548 qol qeydə alınmışdı. Levandovskinin Asiya təmsilçisi ilə matçdakı dəqiq zərbəsi hazırkı çempionatın 52-ci, forvardın turnir tarixində ilk qoludur.
Qətərdəki mötəbər yarışda bu vaxtadək 109 dəfə (100-cü qolu afrikalı futbolçu öz qapısına vurub) top qapı xəttini keçib. Bu isə o deməkdir ki, mundiallar ərzində 2 657 belə hal yaşanıb. Asiya ölkəsindəki turnirdə bu rəqəm 2 700-ə də çata bilər. Bunun üçün ən azı 43 qol daha qeydə alınmalıdır.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.
Oxşar xəbərlər
Asiya Çempionlar Liqasının yarımfinal oyunu təxirə salındı
"Sabah"dan bir ilk - Misli Premyer Liqası
Azərbaycan çempionatları tarixində 13000-ci qol vuruldu
"Liverpul"un qolu niyə qeydə alınmayıb? - FOTO
“Qarabağ” tarixində 5-ci olan braziliyalı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası