reklam
Levandovski braziliyalını geridə qoydu
Sportfm.az xəbər saytı

Levandovski braziliyalını geridə qoydu


Polşa millisinin futbolçusu Robert Levandovski yeni uğura imza atıb.

Sportfm.az xəbər verir ki, 34 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Fransaya 1:3 hesabı ilə uduzduqları oyunda nail olub.

90+9-cu dəqiqədə penaltidən fərqlənən forvard yığmadakı qollarının sayını 78-ə çatdırıb. Levandovski milli komandalarda vurulan qol sayında braziliyalı əfsanəvi hücumçu Peleni (77) keçib. O, hazırda iraqlı Husseyn Səidlə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Siyahıya 118 qolla Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu başçılıq edir. İran seçməsinin Azərbaycan əsilli sabiq oyunçusu Əli Daei (109 qol) ikinci, Argentina millisindən Lionel Messi 94 qolla üçüncü yerdədir.

Oxşar xəbərlər

Mbappedən daha bir uğur
Levandovski Messi ilə Ronaldonu müqayisə etdi
Messi Pelenin rekordunu qırdı - Yığmada qolların sayına görə
Robert Levandovski yeni uğur - Çempionlar Liqası
Mövsümün ən yaxşı futbolçusu - Robert Levandovski

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər