Ləman Abdulhəmidova qızlar arasında ən yaxşıdır
Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub.
Sportfm.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışın nəticələrinə əsasən 2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsindən Ləman Abdulhəmidova, oğlanların yarışından isə Kənan Pənahov qalib ayrılıb.
2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova – Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov – Tahir Qubadov tandemi qələbə qazanıb.
2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıb.
Qarışıq qoşa turnirində 2004-2007-ci il təvvəllüdlülərdən Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008 və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə çalıb.
Xatırladaq ki, 2004-2007-ci il yaş qrupu üzrə komanda mübarizəsində həm oğlanların, həm də qızların yarışından Təhsil RİM qalib ayrılıb. 2008-ci il və küçik təvəllüdlülərdən isə qızlardan ibarət Sumqayıt 1 saylı İOEUGİM, oğlanlardan ibarət Təhsil RİM qələbə çalıb.
Fərqlənən idmançılara AGİN-in diplomları və ASTF-nin medal və qiymətli hədiyyələri təqdim olunub.
Oxşar xəbərlər
Məryəm İmanova 1-ci oldu - Azərbaycan Kuboku
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan birinciliyinin qalibləri - SİYAHI
Tennisçilərimiz Latviyada mübarizə aparacaqlar
Azərbaycan kuboku yarışlarına yekun vuruldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu















Misli Premyer Liqası