reklam
Yığmalarımızın rəqibləri bilindi -
Sportfm.az xəbər saytı

Yığmalarımızın rəqibləri bilindi -SİYAHI


17 və 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

Sportfm.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib.

17 yaşadək futbolçulardan ibarət milli B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.

B Liqasında çıxış edəcək U-19 isə üç komandalı 5-ci qrupda qərarlaşıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları gələn ilin 5, 8, 11 aprel tarixlərində Slovakiyada keçiriləcək.

Oxşar xəbərlər

Milli komandamızın oyunu Elenaya tapşırıldı
Yığmamızın oyunlarının təqvimi - Avropa çempionatı
Yığmalarımızın rəqibləri bilindi - Avropa çempionatı
Azərbaycan millisinin rəqibləri bilindi - AÇ-2023
Millilərimizin rəqibləri açıqlandı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər