reklam
Almanlar uğursuzluğa alışır
Sportfm.az xəbər saytı

Almanlar uğursuzluğa alışır


Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Hansi Fliklə yollarını ayırmaq fikrində deyil.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun prezidenti Bernd Neuendorf məlumat verib.

O, 57 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini vurğulayıb: “AÇ-2024-ün bizim üçün böyük fürsət olacağı ilə razılaşdıq. Məqsədimiz həmin turnirdə uğura nail olmaqdır. Hansi Flik və onun məşqçi heyətinin bu işdə uğur qazanacağına inanırıq”.

Xatırladaq ki, Almaniya yığması Hansi Flikin rəhbərliyi altında DÇ-2022-də qrupdan çıxa bilməyib. Almaniyalı mütəxəssis 2021-ci ildən çalışdırdığı yığmanı indiyə qədər 19 oyuna çıxarıb. Bundestim bu görüşlərdən 11-də qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Oxşar xəbərlər

Baş məşqçi yola salındı
Alman futbolunu Bernd Neuendorf idarə edəcək - Yeni prezident
“Bavariya”da yeni rekord
"Bavariya"da maskalı imza mərasimi - FOTO
“Bavariya”nın yeni baş məşqçisi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər